“Mərhum Brzejinski dediyi kimi, Azərbaycan “nəhəng neft və qaz yataqları olan Mərkəzi Asiya şüşəsinin “tıxacı”dır. Ancaq bu ölkələr Rusiyanın, müəyyən qədər də Çinin əsarətindədir. Azərbaycan nadir hal kimi Avropaya mustəqil yol təklif edir”
Dövr geopolitika dövrüdür. Hamı tələsir. Amma resursları digərlərinə nisbətən daha çox tükənən, digərləri ilə arasındakı fərq daha da artan, çöküşdə olan daha çox tələsir”.
Elchi.az xəbər verir ki, politoloq Turab Rzayev Feysbuk hesabında bildirib:
“Bütün qlobal güclər beynəlxalq nəqliyyat -logistika koridorlarına, strateji xətlərə nəzarət etmək istəyir.
Anqlosakson blok həmişə olduğu kimi Şərq Qərb oxu üzrə yayılmaq, tam nəzarət və Şimal Cənub istiqamətində Rusiyanın qarşısını kəsməyi qarşısına hədəf qoyub. Rusiya öz növbəsində Şimal Cənub istiqamətində öz koridorunu möhkəmlətmək, Suriyaya birbaşa quru yolu və dəmiryolu nəqliyyatı əldə etmək, eyni zamanda rəqibinin Qərb Şərq oxu üzrə önünü kəsməyə çalışır.
Buna mane olacaq ən böyük quru ərazi cəmi 60 km-lik Gəncə cibidir. Bu Cib Qarabağdakı tuş ordusu ilə Rusiya arasındakı ən qısa məsafədir.
Sülhməramlıları Qarabağda yerləşdirməklə mövqeyini gücləndirən Rusiya imperiyası daha da çoxunu istəyir. Ermənistan Azərbaycan sərhəddinə nəzarət. Bunun üçün Rusiya ordusunun sərhədə yerləşdirilməsi üçün ciddi səbəb formalaşmalıdır. Bu nəzarət təmin olunarsa, eyni zamanda həm Ermənistana, həm Azərbaycana, həm də İrana birbaşa nəzarəti ələ almış olacaq. Rusiya davamlı olaraq tərəflərə təzyiq edə, sərhədlərini dəyişə, sərhəddə təxribatlar törədə biləcək. Zəngəzur koridoruna, İran Ermənistan nəqliyyat yollarına nəzarət haqqında heç danışmıram.
İndiki halda nə Paşinyan hakimiyyətinin əlavə onlarla əsgər itkisini qaldıra biləcək gücü qalıb. Nə də bizim cəmiyyətdə elə bir istək, sosial sifariş var. Demək ki, ənənəvi olaraq Qədim Romada verilən müdrik suala: Cui prodest? – kimə faydalıdır? sualına cavab axtarmalıyıq”.
Yeganə