Dəyişdir – əgər bu dəyişikliyə yol mənim qətlimdən keçirsə, çəkinmə! -Aydın Canıyev yazır

82

“Bayaq Mir Şahinin statusunu oxuyuram – adam çox ciddi faktlarla çox qeyri-ciddi Əli Kərimlinin fantom statusuna izahlı, faktlı açıqlama verib! Daha statusun altında şərh yazmadım, ayrıca burdan deyirəm”.

Elchi.az xəbər verir ki, bu barədə jurnalist Aydın Canıyev Feysbuk hesabında məlumat verib:

“Əzizim Miri və eləcə də digərləri, istər Əli Kərimli, istərsə də “Əli Kərimli” gəmi-platformasına qoşulan əqidə, ideologiya, cəbhə dəyişən kontingent olsun, hamısının bir cavabı var: ən sadəsi, o filmdə deyildiyi kimi, “sən söhbət elə” deyilir, ya da şəkililər demiş, hər çıxışının altında “suya bas” yazılır. İkincisi də: “yoldaş komsomol Əli bəy Kərimli cənabları, birdəfəlik anla ki, “dedim-dedi” janrı daha “rəng” yaratmır: nə ictimai-siyasi həyatda və nə də ayrı həyatlar…ında!
ÇÜNKİ… “dedim-dedi”, rəngli və bostan, bağ sortundan, mövsüm və iqlim istiləşməsindən bəhrələnən inqilablar dönəmi keçdi! Vaxtında bacanaqlar anekdotundan pişiklə rəftarı öyrənməliydin! Dünyada hətta ən ağır ittihamları da səsləndirmək heç nəyi dəyişmir, DƏYİŞƏN, DƏYİŞDİRƏCƏK NƏYİSƏ deyə, edə bilirsənsə, ağzını aç, edə bilmirsənsə, kanalizasiyanın lükünü bağla!”
Vəssalam!
Əzizim Miri və eləcə də digərləri, boş verin özlərini “Titanik”də “siyasi okeana” çıxdığını zənn edənləri, onlar da “Titanik”in mühəndisi kimi, elmin qüdrətinin təbiət kataklizmləri qarşısında aciz olduğunu dərk etməyənlərdəndir!
Belə çabalar bizi pis vəziyyətdə qoyur: həqiqəti deyənlərin söyülməsi ənənə halını alır!
İndi etməli olduğumuz bir şey var:
Başda Əli Kərimli olmaqla, tərəfdarlarını göndərirsən Leninin, Fidel Kastronun, Çe Gevaranın, Atatürkün, Heydər Əliyevin yanına! Ki… kurs keçsinlər: ölkəni necə daxili və xarici düşmənlərin cəngindən alıb, xilas edib, inkişaf etdirmək haqqında mühazirələrinə qulaq assınlar, bir şeylər öyrənməyə qabiliyyətləri çatsa, öyrənə bilsələr və ən əsası, o kurslardan çıxıb gələ bilsələr, onda dinləmək və məsləhət olsa, cavablandırmaq olar!
Yoxsa ki…
P.s. bu sosşəb qəhrəmanlarını da kursa göndərmək lazımdır… Siseronun, Stendalın, Vısotskinin, Lorkanın, Hüqonun yanına – dəyişdirmək qüdrətini əxz etmək, dəyişdirməyə nail olmaq bacarığına malik olmaq üçün. İmam Hüseyni bəyənmirlər, onun da yanına göndərilməyi məsləhət görərdim bu danalara: danışanda deyirlər “xalq ayağa qalxmır, heç kimə inanmır”, sonra da hərəsi deyir ki, “tamaşaçı alanı 1 milyondur”.
Xəəəstəəələəər – dediyinin əvvəli ilə ortası, ortası ilə axırı, əvvəli, ortası, axırı bir-birindən tamam fərqli ittihamlı paranoiklər…”.

Yeganə