Cüdoçumuz Avropada qızıl medal qazandı

68

Azərbaycan cüdoçusu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.

Elchi.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı idmançı finalda gürcüstanlı olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Laşa Şavdatuaşvilini qızıl xal bölümündə məğlub edib.