Böyük Britaniyanın Baş naziri vəzifəsindən istefa verən Boris Conson siyasətdən getməyi düşünür.
Elchi.az xəbər verir ki, bu barədə Britaniya mediası yazıb
Bəzi mənbələr isə iddia edir ki, Conson deputat kimi fəaliyyətini davam etdirən sələfi Tereza Meydən nümunə götürməyi düşünür. Əgər Conson siyasi karyerasını başa vursa, çox güman ki, o, jurnalistikaya və ictimai fəaliyyətə qayıdacaq.
Qeyd edək ki, “Hodder & Stoughton” nəşriyyatı hələ də ondan 2016-cı ildə buraxılmalı olan Şekspirin tərcümeyi-halını gözləyir.