Conson böhranla üz-üzə: dərhal nazirlər təyin etdi

10

Böyük Britaniyanın Baş naziri Boris Conson iki nazirin istefasından sonra vəzifəsində qalmağı planlaşdırdığını və artıq nazirlərin yerinə yeni təyinatını açıqlayıb.

Elchi.az xəbər verir ki, bu barədə inglis mediası məlumat yayıb.

“Conson Nadhim Zahavini maliyyə, Baş nazirin Aparat rəhbəri Stiv Barklayı səhiyyə naziri təyin edib. Baş nazir kimi ən böyük liderlik böhranı ilə qarşılaşan Conson parlamentdə millət vəkilləri ilə görüşərkən daha çox təzyiqlə üzləşəcək. O, hökumətin siyasətini və qərarlarını yoxlayan Əlaqələr Komitəsinə də ifadə verməlidir. Mühafizəkar deputatlardan heç biri baş nazirin yerini tutmaq üçün ona meydan oxumayıb, əksinə, bir neçə nazir onu açıq şəkildə dəstəkləyib”, – məlumatda deyilir.

Ötən gün Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sayid Cavid 10 dəqiqə fərqlə istefalarını təqdim ediblər, ardınca kiçik nazirlər və köməkçilər istefa veriblər.

Qeyd edək ki, iyunun 6-da Britaniya parlamentinin üzvləri Baş nazir Boris Consona etimadsızlıq səsverməsi təşəbbüsü ilə çıxış etmişdilər, lakin buna kifayət qədər səs verən olmamışdı.