Azərbaycana koronavirusa qarşı növbəti partiya vaksinlərin aprel ayının sonunda gətirilməsi nəzərdə tutulub. Bunu jurnalistlərə açıqlamasında Çinin Bakıdakı səfiri Qo Min bildirirb.
Diplomat vurğulayıb ki, Çin koronavirusla mübarizədə Azərbaycana hər cür dəstəyi verməyə hazırdır: “Ümid edirik ki, Çin peyvəndləri Azərbaycana pandemiya üzərində qələbə qazanmağa, iqtisadi və sosial inkişafı bərpa etməyə kömək edəcək”.
Səfir, eyni zamanda deyib ki, Azərbaycanın Çindən aldığı vaksinin növbəti partiyaları mərhələli şəkildə Bakıya çatdırılacaq.