Çinin Hunan əyalətinin mərkəzi Çanqşa şəhərində “China Telecom”a aid 42 mərtəbəli göydələndə güclü yanğın baş verib.
Elchi.az Çin mediasına istinadən xəbər verir ki, yanğın qısa zamanda 218 metrlik göydələni tamamən bürüyüb.
280 yanğınsöndürənin müdaxiləsindən sonra yanğın qismən lokallaşdırılıb.
İnsident zamanı ölən, yaxud yaralananlarla bağlı məlumat verilmir.
Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb
Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...