Çində koronavirusa yoluxanların sayı 79 minə yaxınlaşır

0

Çində koronavirus qurbanlarının sayı 2 788 nəfərə çatıb.

Bu barədə “Report” TASS-a istinadla xəbər verir.

Qeyd edilir ki, ölkədə 36 117 insan xəstəlikdən sağalıb, virusa yoluxanların ümumi sayı isə 78 824 nəfərə çatıb.

Gün ərzində virusdan 44 nəfər ölüb, 327 yeni yoluxma faktı qeydə alınıb.

Xatırladaq ki, Çində koronavirus ötən ilin sonunda yayılıb.