Çin Tayvan istiqamətinə təyyarələr göndərdi

47

Bu gün Çin ordusunun 19 təyyarə və üç gəmisinin Tayvana doğru yaxınlaşması qeydə alınıb.
Bu barədə Tayvan Silahlı Qüvvələri məlumat yayıb.
“Sentyabrın 2-də saat 17:00-da (Bakı vaxtı ilə 13:00) Tayvan Silahlı Qüvvələri Tayvan yaxınlığında dəniz və hava məkanında Çin ordusunun 19 təyyarəsi və üç gəmisinin fəaliyyətini qeydə alıb. Dörd təyyarə (bir Y-8 sualtı qayıq əleyhinə təyyarə, iki J-16 döyüş təyyarəsi və bir Y-8 elektron döyüş təyyarəsi) Tayvan boğazının “orta xətti” adlanan ərazini keçib”, – məlumatda deyilir.