Çin lideri: Azərbaycanla əlaqələr strateji xarakter daşıyır!

40

Azərbaycanla Çin arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır və yüksək səviyyədə inkişaf edir.
Elchi.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Szinpin sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib.
“Sizin Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafına mühüm əhəmiyyət verməyinizi çox yüksək qiymətləndiririk. Biz əlaqələrimizin strateji səviyyədə hərtərəfli inkişafını dəstəkləyirik”, – Si Szinpin bildirib.