Çin ABŞ hərbi gəmilərini hədəf aldı

52

Çin hərbi təlimlər zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə zərbələr endirməyi simulyasiya edir.

Elchi.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“Təlimlərin məqsədi Tayvanla müharibə olacağı təqdirdə üçüncü qüvvələrin müdaxiləsinin qarşısını almaqdır. Müharibə olacağı təqdirdə ABŞ Hərbi Dəniz Qüvvələrinə aid gəmilər ilk olaraq adaya girəcək və Çinin hədəfinə çevriləcək. Tayvan səlahiyyətliləri əmindir ki, Çin 2035-ci ilə qədər sözügedən adalar üzərində strateji nəzarət yaratmağa çalışır. Çin adaya potensial hücum üçün qüvvələrini gücləndirir. Pekinin strategiyasında əsas hədəf Yaponiyadan uzanan, Tayvan, Filippin və Borneodan keçən adalar silsiləsidir. Onlar Çin sahillərini əhatə edir və hərbi dayağa çevrilə bilər”, – məlumatda deyilir.