Çinə aid 49 qırıcı Tayvan sərhədini keçdi: Gərginlik…

52

Çinə aid 49 qırıcı Tayvan boğazında tərəflər arasında faktiki dəniz və hava məkanını müəyyən edən sərhədi pozub.

Elchi.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

“24 ədəd Su-30, 7 ədəd J-10, 6 ədəd J-11 və 10 ədəd J-16 qırıcı, eyni zamanda 1 ədəd Y-8 EW və 1 ədəd Y-8ASW dəniz patrul təyyarəsinin xəttin şərq tərəfinə keçdiyi müəyyən edilib. Həmin döyüş təyyarələrinə xəbərdarlıq edilib və Tayvana məxsus qırıcı və zenit raket kompleks sistemləri tərəfindən izlənilib”, – məlumatda bildirilib