Ceyms Şarp işğaldan azad olunan ərazilərdə – Foto

36

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp işğaldan azad olunmuş ərazilərə gedib.

Elchi.az xəbər verir ki, bunu diplomat Tviter səhifəsində yazıb.

“Biz birlikdə regionda sülh üçün çalışmağa davam edirik. Azərbaycan-Böyük Britaniya əməkdaşlığını genişləndirmək və riskləri azaltmaq üçün birgə işləyirik. Bizim bu regionun minalardan təmizlənməsinə verdiyimiz dəstək artıq milyon funt-sterlinqdən çoxdur”, – C.Şarp vurğulayıb.