Ceyhun Bayramovla Mirzoyanın görüşü planlaşdırılır

37

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş planlaşdırılır.

Elchi.az xəbər verir ki, bu barədə Mirzoyan məlumat verib.

Sentyabrın sonunda keçirilməsi planlaşdırılan görüşdə sülh müqaviləsi müzakirə ediləcək.

“Demarkasiya prosesinə start verilib, paralel olaraq sülh müqaviləsinin müzakirə olunduğu görüşlər keçirilib”, – deyə o bildirib.

Mirzoyan görüşün yerini açıqlamayıb.