Ceyhun Bayramov və Çavuşoğlu regional vəziyyəti müzakirə edib – YENİLƏNİB

53

20 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-dən Elchi.az-a verilən xəbərə görə, nazirlər, Azərbaycan və Türkiyə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, habelə cari regional vəziyyəti müzakirə ediblər.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli formatlara dair fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı nazirlər, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

***

15:16

Bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Bu barədə Elchi.az-a Türkiyə XİN-dən məlumat verilib.

Qeyd olunub ki, danışıq zamanı ikitərəfli münasibətlər və Cənubi Qafqazda baş verən son hadisələr müzakirə olunub.