Çexiya Prezidenti Miloş Zeman parlament seçkilərində qalib gələn Birlikdə partiya koalisiyasının lideri, sağçı liberal Vətəndaş Demokratik Partiyasının sədri Petr Fialanı baş nazir təyin edib.
Çexiya prezidentinin Praqadakı iqamətgahında təntənəli mərasim keçirilib.fhsj
“Respublika prezidenti Petr Fialanı Çexiyanın baş naziri təyin etdi”, – mərasimin aparıcısı olan Prezident Administrasiyasının rəhbəri Vratislav Minarj deyib.