Çerniqov kütləvi atəşə məruz qaldı: 50-dən çox partlayış…

50

Rus ordusu Ukraynanın Çerniqov vilayətinin rayonlarından birini kütləvi atəşə tutub.
Bu barədə Çerniqov vilayəti hərbi administrasiyasının rəhbəri Vyaçeslav Çaus məlumat verib.
“Bu gün, sentyabrın 3-də ruslar Novqorod-Seversk icmasının Mixalçina Sloboda kəndi artilleriya atəşinə tutulub. 50-dən çox partlayış qeydə alınıb”, – məlumatda bildirilib.
Çausun sözlərinə görə, dinc əhali arasında itki yoxdur, yaşayış binaları və yardımçı tikililərə ziyan dəyib.