Ölkə daxili və xaricində terrorla mübarizəmiz davam edir. NATO çərçivəsində bəzi müttəfiqlərimizin terror təşkilatlarına dəstək verilməsini prezidentimiz bir neçə dəfə dilə gətirib.
Elchi.az-ın xəbərinə görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Türkiyə NATO-ya üzv olan və olmaq istəyən ölkələrin təşkilatın prinsiplərinə uyğun addımlar atmasını istəyir.
“Türkiyə heç bir zaman NATO-nun genişlənməsinə qarşı olmayıb. Bu İsveç və Finlandiya ilə də bağlı eynidir. Məsələ sadəcə bu ölkələrin terror təşkilatlarına dəstək vermələridir. Sabah əgər NATO-da müttəfiqlərimizdən biri İsveç və Finlandiya kimi terror təşkilatlarına dəstək verərsə, təşkilat içində bir konsensus ola bilməz, Türkiyə buna “veto” tətbiq edər. Terror təşkilatlarına dəstək verən ölkələrin NATO-ya üzv olmaqları təşkilatın təhlükəsizliyinə heç bir töhfə verməyəcək”, – deyə o bildirib.
Onun sözlərinə görə, Türkiyə terror təşkilatlarına güclü mübarizə apardığı zaman, bəzi müttıfiqlərimiz Patriotlarını geri aldılar: “PKK/YPG-yə verilən dəstək siyasi baxımından qeyri-əxlaqi addımdır. Suriyada bizə İŞİD-in olduğu ərazilərdən yox, PKK/YPG olan ərazilərdən çıxmamızı istəyirlər”.