Çavuşoğludan iki ölkəyə xəbərdarlıq: Veto qoyulacaq!

46

İsveç və Finlandiya imzalanan anlaşma ilə bağlı öhdəlikləri yerinə yetirməlidir.

Elchi.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, öhdəliklərdən biri də terrorçuları dəstəkləməməkdir:

“Hələ ki, qaytarılmasını istədiyimiz terrorçular Türkiyəyə göndərilməyib. Əgər öhdəliklər yerinə yetirilsə, İsveç və Finlandiyanın Alyansa üzvlüyünə dair sənədlər ratifikasiya ediləcək. Əks halda isə sənədlərin ratifikasiyasına ehtiyac qalmayacaq. İsveçlə Finlandiyanın NATO-ya üzvlüyünə də veto qoyulacaq”.