Çavuşoğlu: “Türkiyəsiz sülh mümkün deyil”

60

“Türkiyədə 15 İyul 2016-cı ildə baş verən dövlət çevirilişi cəhdindən cəmi ay yarım sonra “Fırat Qalxanı” (Suriyada – red.) əməliyyatına başladıq. Afrikadan Qafqaza, Qara dənizdən Aralıq dənizinə qədər geniş bir coğrafiyada əvvəllər olmadığımız qədər aktivləşdik”.

Elchi.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Alaniyada “15 iyul – Demokratiya və Milli Birlik Günü” bayramına həsr olunmuş çıxışı zamanı deyib.

Çavuşoğlu qeyd edib ki, artıq bu coğrafiyalarda Türkiyənin iştirakı olmadan sülh və sabitlikdən danışıla bilməz: “Bunu ən son Ukrayna böhranında görürsüz. Həm müharibənin dayandırılması, həm də ərzaq böhranının aradan qaldırılması üçün ən önəmli aktor Türkiyədir”.