Çavuşoğlu helikopter qəzası ilə bağlı Ceyhun Bayramova başsağlığı verib

1

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Elchi.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

M. Çavuşoğlu bu gün Azərbaycanda baş vermiş hərbi helikopter qəzasında şəhid olanlarla əlaqədar başsağlığı verib, yaralılara şəfa diləyib.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.