aktual-banner

Alimlər Akif Əlizadədən prezidentə şikayət etdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət.    Möhtərəm cənab İlham Əliyev! Bütün Azərbaycan xalqı bilir ki, iki ildir biz Yasamal rayonu  A.M.Şərifzadə  12 ünvanında   yerləşən   Aspirantlar yataqxanasının sakinləri Sizin 2012- ci ildə verdiyiniz göstərişin AMEA prezidenti Akif Əlizadə tərəfindən həyata keçirilmədiyi,128 mənzillik II bloklu bir binanın  AMEA və tikinti şirkəti tərəfindən mənimsənildiyi haqqında  KİV-lərdə car çəkib,  haray salmışıq.  Eyni zamanda bu iki il  ərzində respublikadakı bütün qurumların o cümlədən Azərbaycan  Respublikası Prezident Adminsrtasiyasında dəfələrlə qəbullarda  olmuşuq. 7 ildir ki, həyatımızın mərkəzində duran mənzil  problemimizin hələ də həllini tapmadığına məəttəl qalmışıq. Necə ola bilər ki, ətrafımızda    bərabər qəbullarda olduğumuz  ölkə  vətəndaşlarının problemləri öz həllini tapdığı halda , bizim problemimiz isə dağ kimi dayanır.  Görünən odur ki, məmur  özbaşınalığının  nümunəsi olan Akif Əlizadə və əlaltılarının  cəmiyyətdəki  nüfüzları sayəsində bu işi həyata keçirilir, yəni  bizim dağ boyda mənzil məsələmiz görünməz olur. Bu  isə Akif Əlizadənin ətrafındakı  dələduzluğu özlərinə ixtisas seçmiş bir  qrup  sehbazların  bacarığıdır. Maraqlısı odur ki, AMEA  və şirkət hansı əsasla sakinlər üçün  vaxtında tikilib başa çatdırılmış  I ; II bloklardakı mənzilləri satışa çıxararaq  V blokun tikilməsi üçün yeni saxta  müqavilə imzalayıb 60- a yaxın sakinin( ailənin) mənzil almaq hüququnu pozur.  Yataqxanada qeydiyyatda olub yaşamayanlara (müqavilədə nəzərdə  tutulmayn adamlara) Akif Əlizdə və əlaltılarının bu qədər canı yanırdı ki, onlara  65m2 deyil ən azı 78m2- dən başlayan və  hətta 110m2   sahəsi olan mənzillər bağışlayıblar?  Axı 07.11.2012- ci il tarixdə yataqxana sakinləri  ilə şirkət nümayəndəsi Bəxtiyar Təhməzovun  keçirdiyi iclasda  sahəsi 65 m2  olan mənzillərin verilməsi razılığı əldə edilmişdir. Bununla Akif Əlizadə və əlaltıları yalnız bir məqsəd güdür: bağlanmış  Podrat...

Read more
Page 2 of 32 1 2 3 32

Son xəbərlər