Cari ilin ötən altı ayı ərzində Naxçıvan Muxtar Respublikasında 1 milyard 14 milyon 85 min manatlıq ümumi daxili məhsul istehsal olunub. SİA-nın məlumatına görə, bu, ötən ilin müvafiq dövrünün göstəricisini 2,4 faiz üstələmək deməkdir.
2014-cü ilin yanvar-iyun aylarında hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 2323,8 manat (2962,9 ABŞ dolları) səviyyəsində olub. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye sahəsi, ikinci yeri isə 22,8 faizlik payla tikinti sahəsi tutub.
Zaurə Əmirova