“Oktyabrın 3-də İsrail müdafiə naziri Azərbaycana gəldi. Oktyabrın 4-də Türkiyə milli müdafiə naziri Hulusi Akar Bakıya səfər etdi. Azərbaycan-Türkiyə-İsrail üçbucağında hərbi əməkdaşlığın əsası qoyulur”.
Elchi.az xəbər verir ki, bunu siyasi şərhçi Aqşin Kərimov FB hesabında qeyd edib:
“İsrailin kəşfiyyat imkanları Azərbaycan-Türkiyə strateji müttəfiqlik əlaqələrində təhdidləri müəyyən edəcək mənbə rolunda çıxış edəcək.
Bəs İsrail nə istəyir?
İsrail Rusiya-Qərb qarşıdurmasının Cənubi Qafqazda yaratdığı boşluqları öz səyləri ilə doldurmaq istəyə bilər.
Hesab-kitab dəftərində yəqin ki, İrana qarşı niyyətlər qərar tutur.
Ancaq Azərbaycan vəziyyəti öz ərazisindən poliqon kimi istifadə edilməsi cəhdləri həddinə qaldırmayacaq.
Türkiyə isə PKK-nın Cənubi Qafqazdakı aşkar və ya hibrid fəaliyyətlərinə son qoymaq üçün İsrailin imkanlarından yararlana bilər”.
Yeganə