Bu il Azərbaycanın nominal qeyri-neft ümumdaxili məhsulunun (ÜDM) dəyəri 68,5 milyard manata çatacaq.
Elchi.az xəbər verir ki, bu proqnozlar Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan hökuməti ilə mayın 25-dən iyunun 7-dək IV maddə üzrə aparılmış məsləhətləşmələrin yekunlarına dair bəyanatında bildirilib. Bu isə BVF-nin 2021-ci il üzrə proqnozu ilə müqayisədə 19,3% çoxdur.
BVF-nin proqnozuna görə, 2023-cü ildə nominal qeyri-neft ÜDM-i 77,7 milyard manat, 2024-cü ildə 86,1 milyard manat, 2025-ci ildə isə 93,6 milyard manat olacaq.
BVF 2026-cı ildə nominal ÜDM-in 100,8 milyard manat, 2027-ci ildə isə 108,5 milyard manat olacağını proqnozlaşdırıb.