BVF: Bu il Azərbaycanda nominal ÜDM 123 milyard manata çatacaq

87

Bu il Azərbaycanın nominal ümumdaxili məhsulunun (ÜDM) dəyəri 122,9 milyard manat olacaq.

Elchi.az xəbər verir ki, bu proqnozlar Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan hökuməti ilə mayın 25-dən iyunun 7-dək IV maddə üzrə aparılmış məsləhətləşmələrin yekunlarına dair bəyanatında bildirilib.

BVF-nin proqnozuna görə, 2023-cü ildə nominal ÜDM 126,3 milyard manat, 2024-cü ildə 129,3 milyard manat, 2025-ci ildə isə 133,3 milyard manat olacaq.

BVF 2026-cı ildə nominal ÜDM-in 138,4 milyard manat, 2027-ci ildə isə 145 milyard manat olacağını proqnozlaşdırıb.