“Buta Airways” İstanbula uçuşların sayını artırır

213

 “Azərbaycan Hava Yolları” QSC-nin struktur bölməsi və ölkənin ilk aşağı büdcəli aviaşirkəti – “Buta Airways” vətəndaşlara müraciət edib.

“Report” xəbər verir ki, müraciətdə Bakı-İstanbul marşrutu üzrə aviareyslərin sayının artırıldığı bildirilir:

“Noyabrın hər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri üçün İstanbulun (Türkiyə) Sabiha Gökçen Beynəlxalq Hava Limanına həyata keçirilən reyslərin sayını 2-yə qaldırırıq. Aviabiletləri elə indicə 29 avrodan başlayan qiymətlərlə saytımızdan əldə edin”, – deyə müraciətdə qeyd olunub.