Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Bu barədə Elchi.az-a Mərkəzdən bildirilib.
Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
- Heydər Əliyev prospekti kənar yol – Mərkəz istiqamətində;
- Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
- Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;
- Binəqədi şosesi – “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
- Tiflis prospekti – “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
- Babək prospekti – Mərkəz istiqamətində;
- Abdulvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
- 28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Zərifə Əliyeva küçəsində;
- Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
- Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti istiqamətində;
- Niyazi küçəsi – “Azneft” dairəsi istiqamətində;
- Babək prospekti – Mərkəz istiqamətində;
- Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi istiqamətində;
- “20 Yanvar” dairəsində.