Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Bu barədə Elchi.az-a Mərkəzdən bildirilib.
Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
– Heydər Əliyev prospekti – Kənar yol, mərkəz istiqamətində
– Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
– Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
– Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metrostansiyası istiqamətində;
– Binəqədi şosesi – Azadlıq prospekti metrostansiyası istiqamətində;
– Rəşid Behbudov küçəsi – Mərkəzi Bank istiqamətində;
– Neftçilər prospekti – Azneft dairəsi istiqamətində;
– Koroğlu Rəhimov küçəsi – Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
– 20 Yanvar dairəsində.