Erkən seçki olmayacaq, növbəti seçkilər 2023-cü ilin iyununda keçiriləcək.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Yaşanan hadisələr seçkiləri 2023-cü ilə, yəni tam da hədəflərimizlə kəsişən ilə uyğun gətirdi. Hər bir seçim vacibdir. Bu kritik proses 2023-cü il seçkilərini daha da vacib edib. Ölkəmizdə son 8 ildə baş verən hadisələrin heç biri öz təbii axarında ortaya çıxan hadisələrə əsaslanmır. Bütün bunların arxasında bir ssenari var”, – deyə Ərdoğan bildirib.