Bu, ruslara üstünlük verəcək – artıq başlamalıyıq

39

Ukrayna öz müstəqilliyi və ərazi bütövlüyü baxımından Rusiyaya heç vaxt güzəştə getməyəcək. Növbəti aylar bu müharibədə həlledici olacaq.
Bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
O bildirib ki, Ukrayna ordusu işğalçıların zəbt etdiyi bütün əraziləri geri almaq üçün cənubda əks-hücum əməliyyatını gücləndirəcək.
Yermak əlavə edib ki, uzun sürən müharibə rus qoşunlarına üstünlük verəcək:
“Döyüşlər qışa qədər davam edərsə, Ukrayna qoşunlarının öz ərazilərini geri alması çətinləşəcək. Bütün müzakirələr mümkün tədbirləri görməyə və hərbi əməliyyatların gedişində dönüşə nail olmağa yönəlib. ABŞ və Qərb müttəfiqlərimizi Rusiyaya yeni sanksiyalar tətbiq etməyə çağırıram”.