Bu özəl xəstəxanalarda icbari tibbi sığorta qüvvədədir – SİYAHI

51

Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 69-a qədər artırılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) Elchi.az -a verilən məlumata görə, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir.

Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında özəl tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır.

Vətəndaş göndəriş vərəqəsi olmadan özəl tibb müəssisələrinə birbaşa müraciət etdikdə isə tibbi xidmətdən öz vəsaiti hesabına yararlanır.

Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı, ünvan və əlaqə nömrələri Agentliyin rəsmi internet səhifəsində (//its.gov.az/) yerləşdirilib. Qeyd edək ki, özəl tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.

  1. Bakı Sağlamlıq Mərkəzi
  2. Mərkəzi Klinik Xəstəxana
  3. Caspian International Hospital
  4. Respublika Diaqnostika Mərkəzi
  5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi
  6. Gəncə Beynəlxalq Xəstəxanası
  7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası
  8. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi
  9. Zəfəran hospital
  10. EGE Hospital
  11. Sumqayıt Hospital
  12. Avrasiya Hospital
  13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi
  14. Leyla Medical Center
  15. Badam Medical Center
  16. Lor Hospital
  17. Məlhəm Beynəlxalq Hospital
  18. “OKİ” Hospital (Qusar rayonu)
  19. Oksigen Klinik Xəstəxanası
  20. Diaqnoz Tibb Mərkəzi
  21. Baku City Hospital
  22. Mediland Hospital
  23. Medera Hospital
  24. Stimul Hospital
  25. Medistyle Hospital
  26. Batıgöz Medical Plaza
  27. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası
  28. İstanbul NS klinikası
  29. Olimp Hospital
  30. Kəpəz Hospital

31.Salam Doktor

  1. Bioloji Təbabət Klinikası (Masallı rayonu)
  2. Real Hospital
  3. Turan Hospital
  4. Referans Klinik Laboratoriya Mərkəzi & Poliklinik (Mərkəzi filial)
  5. Dünyagöz
  6. Regional Hospital (Mingəçevir şəhəri)
  7. Səhhət Azərbaycan-Almaniya Klinikası
  8. Spero Hospital (Dobromed)
  9. Milan Hospital
  10. Referans Qəbələ Tibb Mərkəzi
  11. Celamig Göz Klinikası
  12. Referans Klinik Laboratoriya Mərkəzi & Poliklinik (Əhmədli filialı)
  13. Funda Hospital
  14. Fonus Eşitmə Mərkəzi
  15. Bona Dea Beynəlxalq Hospital
  16. Unikal Klinika (Sumqayıt şəhəri)
  17. İstanbul Klinika
  18. Liman Klinika (Sumqayıt şəhəri)
  19. Briz-L Göz Klinikası
  20. MasMedical Center Referans (Masallı rayonu)
  21. Premium Clinic
  22. Bakı Göz Klinikası
  23. Asmed Klinikası
  24. Amana Clinic
  25. DİN Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalı
  26. Modern Hospital
  27. Xəzər Klinikası
  28. Mərkəzi Gömrük Hospitalı
  29. Tovuz Tibb Mərkəzi
  30. Medican Hospital (Lənkəran rayonu)
  31. İnci Laboratoriyaları
  32. Sədəf Müalicə-Diaqnostika Mərkəzi
  33. Memorial Klinik
  34. N.Tusi adına Klinika
  35. “Muğan Klinika” Tibbi Diaqnostika Mərkəzi (Sabirabad rayonu)
  36. Loğman Klinika
  37. National Prime Hospital
  38. Sağlam Həyat (Gəncə şəhəri)