Şimali Makedoniya Ukraynaya T-72 tankları göndərib.
Elchi.az xəbər verir ki, bu barədə Serbiyanın RTS telekanalı məlumat yayıb.
Bunun əvəzində ABŞ Makedoniyaya “Stryker” təkərli zirehli maşınlar və “Javelin” tank əleyhinə raket sistemləri verəcək.
Məlumatı Şimali Makedoniyanın Müdafiə Nazirliyi də təsdiq edib.
Ukraynaya göndəriləcək tankların sayı açıqlanmır. Qeyd edilib ki, Makedoniya ordusunda 31 ədəd T-72 tankı var.