ABŞ-da islam əleyhdarı və İsrailin dostu kimi tanınan senatordan şok bir açıqlama gəlib.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ-ın Respublikaçılar Partiyasının təmsilçisi Mişel Baçmann “İslam Dövləti”nə qarşı aparılan döyüşün kökündə islama qarşı bir döyüşün dayandığını söyləyib.
“İslam adına ölməklə cənnətə gedəcəyinə inanan və radikal bir ideologiyaya xidmət edən cihadcılarla qarşı-qarşıyayıq. Bizim etməli olduğumuz şey islami cihadı yox etməkdir. Təəssüf ki, prezident Obama səhv bir resepti ortaya qoydu”, – deyə amerikalı senator dilə gətirib.