Bu gün Xətai rayonunda su kəsiləcək

64

 Bu gün Xətai rayonunun bir hissəsidə içməli suyun verilməsində məhdudiyyət yaranacaq.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, Bakı şəhəri Xətai rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin magistral xətlərə qoşulması ilə əlaqədar noyabrın 27-də gün ərzində Xətai rayonunun bir hissəsinə (Əhmədli qəsəbəsinin bir hissəsinə və Köhnə Günəşli yaşayış massivinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.