Bu gün VI çağırış Milli Məclisin ilk plenar iclası keçiriləcək

2

Bu gün VI çağırış Milli Məclisin ilk plenar iclası keçiriləcək.

“Report”un xəbərinə görə, iclasın gündəliyinə 1 məsələ – Təşkilatı məsələlər daxil edilib.

Parlamentin ilk iclasına sədrliyi ən yaşlı deputat, yəni, Fəttah Heydərov edəcək.

Milli Məclisin birinci iclasında əvvəlcə Hesablayıcı komissiya seçiləcək və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək. Bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirəcək.