Bu gün Azərbaycanda müstəqil QHT mövcud deyil…

74
Azay müəllimin də bu açıqlaması reallığı əks etdirmir…elevsot_931
Heç bir ölkədə QHT-lərə belə kütləvi hücum mövcud deyil…
Hal-hazırda Almaniyada yaşayan tanınmış hüquqşünas, “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin sədri Əlövsət Əliyev millət vəkili, QHT Şurasının sədri Azay Quliyevin Moderator.az-dakı açıqlamasına etiraz edir:
Azay Quliyevin açıqlaması burada— moderator.az/?xeber=55392
“Azərbaycanda həqiqətən kifayət qədər professional və cəmiyyət ucun faydalı olan  QHT- lər var. Lakin Azərbaycada bu vəziyyətdə QHT-lərin fəaliyyətindən danışmaq və üstəgəl onların fəaliyyətinə daha münbit şəraitin yradıldıgını qeyd etməyə ad vermək cətindir. Bu gün Azərbaycanda müstəqil QHT mövcud deyil. Umumiyyətlə, mustəqil  KİV, siyasi təşkilat, sərbəst toplaşmaq azadlıgı, söz və ifadə azadlıgı olmayan cəmiyyətdə müstəqil QHT axtarmaq düzgün deyil,  heç məntiqə də uyğun deyil. Azərbaycanda QHT- lərin fəaliyyəti bu gün statistika və müəyyən qrup insanların pul qazanmasına, həmçinin müstəqil düşüncə və söz sahibi olan müəyyən qrup insanların nəzarətdə saxlanılmasına xidmət edir. Azay müəllimin də bu açıqlaması reallığı əks etdirmir və həqiqətə uyğun deyil. Heç bir ölkədə QHT-lərə belə kütləvi hücum mövcud deyil. Azay müəllim yaxşı olardı ki, daha yaxşı nümünələrdən misal gətirəydi.”