“Bu görüntü Qarabağ iqtisadi rayonunun perspektivini anlamalarına kömək edə bilər”

50

“Erməni mediası Xankəndidən Ermənistana gedən yeni yolun (Laçın dəhlizinin alternativi) fotolarını paylaşıb: yolun bir hissəsinin Şuşanın girişinin yanından – “Şuşa” yazılan, Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı ərazidən keçdiyi görünür; ermənilərin yoldan keçərkən bu görüntü ilə qarşılaşmaları Qarabağ iqtisadi rayonunun perspektivini daha tez anlamalarına kömək edə bilər”.

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı Feysbuk hesabında məlumat verib:

“Hərçənd, burada başqa bir nəticə də ortaya çıxır: Laçın dəhlizində 5 kilometrlik (yolun sağında 2,5 km, solunda 2,5 km olmaqla) əraziyə nəzarət edən Rusiya sülhməramlıları yeni marşrutda yalnız yola nəzarət edəcəklər.
Bununla bağlı hələlik heç bir rəsmi açıqlama yoxdur, lakin yeni yolun keçdiyi ərazilər və yayılan görüntülərdən belə nəticə çıxarmaq olar”.

Yeganə