“Brüssel İrəvanın özünü rahat hiss etdiyi məkandır, Moskva isə…”-Politoloq

105

“Moskva-Bakı-İrəvan-Brüssel arasında baş tutan görüşlərin predmetini xarakterizə etsək, görünən odur ki, direktivlər Moskvadan gəlir, şərtlər Moskvada qoyulur, Brüsseldə isə müzakirə edilir”.

Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bildirib.

Onun sözlərinə görə, Brüssel İrəvan üçün Qərbin də dəstəyi ilə özünü nisbətən rahat hiss etdiyi bir məkandırsa, Moskva bir o qədər təzyiqlə üzləşdiyi məkandır:

“Bakı üçün isə durum başqadır. Bakı problemi böyük ölçüdə öz xeyrinə həll etdiyi üçün məkandan asılı olmayaraq özünü sərbəst hiss edir. Şərtlər Bakının tələblərinin həll edilməsi üçün İrəvanın qarşısına qoyulur.
Brüssel neytral tərəf kimi görünsə də, bu neytrallığın arxasında Avropa və Qərb ziddiyyəti öz sözünü deyir. Avropa davranışında səmimidirsə, Qərb qərəzlidir. Avropa problemin həllini istəyirsə, Qərb geosiyasi maraqları baxımından problemin uzanmasının tərəfdarıdır, çünki hədəf Rusiyadır.
Moskva isə tərəf kimi Qərblə eyni yoldadır, sadəcə məqsədləri ayrıdır.
Belə bir durumda keçiriləcək Brüssel görüşünün hər hansı nəticəsi müzakirədən o tərəfə getməyəcək.
Görüşlərin vacibliyi mütləqdir, amma bu qədər. Görüşməklə Azərbaycan bu günə kimi heç bir nəticə almayıb. Alınan nəticələr güc yolu ilə alınıb. Bu görüşlər görüşlə nəticəyə yox, görüşlərin nəticəsizliyini göstərib, güc tətbiq etməyə hesablanıb”.

Yeganə