“Britaniya Rusiya və İranı regional və beynəlxalq təhlükəsizliyə, dünya nizamına təhdid kimi görür. 2030-cu ilə qədər Britaniya ən azından bu iki ölkənin dünya nizamındakı paylarını almaq istəyir”.
Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov FB hesabında qeyd edib:
“Məntiq: Britaniya birinci mərhələdə Cənubi Qafqazda Rusiya-İran arteriyasını kəsməyə nail olmaq niyyətindədir.
İkinci mərhələdə isə daha böyükmiqyaslı ambisiyaların icrasına başlanılması planlaşdırılır.
Bəs Azərbaycan? Bakının gündəliyinin tezisləri öz məqsədləri müstəvisində Britaniya ilə səsləşir. Lakin Rusiya da Çinin dəstəyi ilə regionda yeni iqtisadi tablo yaratmaq şövqündədir.
Maraqlı budur ki, bir çox ekspertin araşdırmadan ortaya atdığı fikrin əksinə olaraq, Britaniyanın Türkiyə ilə də maraqları birləşir.
Bu cür labirint nə vəd edir? Qəlizdir…”.
Yeganə