Britaniyanın baş naziri postuna seçkilər başa çatdı

47

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının sədri postuna keçirilən seçkilər başa çatıb.

Elchi.az xəbər verir ki, bu barədə partiyanın saytında məlumat yayılıb.

Yeni sədr həm də ölkənin Baş naziri olacaq. Seçkilərin nəticələri sentyabrın 5-də açıqlanacaq.

Seçkilərdə ölkənin xarici işlər naziri Liz Trass və keçmiş maliyyə naziri Rişi Sunak iştirak edib.

Qeyd edək ki, səsvermə avqustun 1-də başlayıb, müxtəlif hesablamalara görə, sayı 160-200 min arasında dəyişən partiya üzvləri poçt və ya internet vasitəsilə səs verə bilər. Sorğulara əsasən, respondentlərin əksəriyyəti xanım Trassın lehinə səs verib.