Britaniya kəşfiyyatı: “Vaqner” son döyüşlərdə mərkəzi rol oynayıb

46
IRPIN, UKRAINE - MARCH 3: Ukrainian soldiers are seen near the recently collapsed bridge which was the target of a Russian missile, near the town of Irpin, Ukraine on March 3, 2022. ( Wolfgang Schwan - Anadolu Agency )

Rusiya ön xətt qüvvələrini gücləndirmək və canlı qüvvə itkilərini azaltmaq məqsədi ilə “Vaqner” özəl hərb şirkətindən istifadə edir.

Elchi.az xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, “Vaqner” Popasnaya və Lisiçanskın ələ keçirilməsi də daxil olmaqla, son döyüşlərdə mərkəzi rol oynayıb. Əlavə olunub ki, bu döyüşlər qrupun ağır itkilər verməsi ilə nəticələnib.

“Vaqner” rekrut standartlarını endirərək məhbusları, əvvəllər qara siyahıya alınmış şəxsləri işə götürür. Yeni rekrutlara çox məhdud təlimlər keçirilir. Bu, böyük ehtimal ki, qrupun gələcək əməliyyat effektivliyinə təsir edəcək və onun Rusiya qüvvələrinə müntəzəm dəstək vermək qabiliyyətini azaldacaq”, – Britaniya kəşfiyyatının məlumatında qeyd olunub.