Bravo, Azərbaycan! Bu bir şedevr idi – Kuznetsov

4

Bravo, Azərbaycan! Heç bir “hərbi əsir” olmadan göyərtəsində yalnız general Muradovun (Qarabağdakı Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradov – red.) olduğu bir təyyarə ilə bağlı fəndi kimin fikirləşdiyini bilmirəm, amma bu bir şedevr idi.

Axar.az xəbər verir ki, bunu rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov sosial şəbəkə hesabında qeyd edib.

“Moskva və İrəvanın burnuna toxunuşun səsi yüksək oldu. Bakı hər kəsə çox incə, eleqant şəkildə göstərdi ki, qarşısındakının avtoritetinə baxmadan həmişə milli maraqları rəhbər tutub və bundan sonra da rəhbər tutacaq.

Heç kim bu qədər zərif şəkildə Kremlin burnunu çoxdan palçığa batırmamışdı. Bax, budur yüksək diplomatiya!” – Kuznetsov bildirib.