BP Azərbaycana prezident göndərdi

69

BP Azərbaycana prezident göndərdi
Qari Counz (Gary Jones) BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti təyin olunub.

Virtualaz.org “BP-Azerbaijan” şirkətinə istinadən bildirir ki, Q.Counz öz yeni vəzifəsinin icrasına bu il aprel ayının 2-dən başlayacaq və BP-nin Bakıdakı ofisində fəaliyyət göstərəcək.

Q. Counz hazırda BP-nin qazma, tamamlama və quyular üzrə qlobal rəhbəridir.

O, bu vəzifədə BP-nin regiondakı biznesinə 2012-ci ilin noyabr ayından uğurla rəhbərlik edən Qordon Birreli əvəz edəcək. Q.Birrelin yeni vəzifəsi isə Londonda BP-nin baş ofisində Baş Əməliyyat Rəhbəri olacaq və o, BP-nin hasilat, transformasiya və karbon üzrə işlərinə başçılıq edəcək.

Elchi.az