“Ermənistanın atəşkəsə əməl edəcəyi mümkün deyil. Ermənistan məhv olmuş ölkədir. Batdıqca arxası ilə regionu da bataqlığa çəkmək istəyir. İranın sərhəddə qoşun yığmasından istifadə edib, vəziyyəti daha da gərginləşdirməyə cəhd edəcəyi mütləqdir”.
Elchi.az xəbər verir ki, bu barədə BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Feysbuk hesabında qeyd edib:
Politoloqun sözlərinə görə, İran üçün də əlverişli məqamdır:
“Xamneyinin öldüyü və ya ölmək üzrə olduğu bir zamanda İranda gözlənilən istər hakimiyyət daxili, istəsə də xalq arasında qarşıdurmaların yaşanması ehtimalı olduğu bir zamanda diqqəti yayındırmaq üçün Azərbaycanla gərginlik ən sərfəli yoldur. Rusiya bu gərginliyə qarışmayacaq. Bu, hələlik ona da sərf edir, bu baxımdan, kənardan seyr edəcəyini ehtimal etmək olar. KTMT-dən ciddi qərar çıxması mümkün deyil.
Azərbaycanın hadisələr hara kimi inkişaf etsə də, geri çəkilməyə yeri yoxdur. İran sərhəddin o tayında artistlik etməkdən başqa əlindən bir şey gəlməz. Məqsədləri diqqəti daxildən yayındırmaq olacaq. Türkiyə zatən bundan artığına imkan verməz. Bunların Amerikanın planı olduğu üçün, əgər hadisələr daha da gərginləşəcəksə, buna region ölkələrinin qoşulması üçün daha da qızışdıracağı ehtimalı böyükdür.
Hadisələrin kiçik bir ərazidə cərəyan edəcəyini nəzərə alıb, bu gərginlikdən çox da böyük hərbi nəticələr gözləməyə dəyməz, istər İran, stərsə də Zəngəzur dəhlizi boyu. Amma böyük siyasi nəticələrinin olacağı şübhəsizdir. Hər kəs tərəfini açıq şəkildə bəlli edəcək”.
Yeganə