Borrell gərginlikdən danışdı – Klaar təcili Bakıya gəlir

34

Son saatlarda Ermənistan və Azərbaycan sərhədində ciddi döyüşlər gedir, insan tələfatı qeydə alınır.

Elchi.az xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

“Döyüş əməliyyatlarının dayandırılması və danışıqlar masasına qayıdışın olması mütləqdir. Bütün qüvvələr bu gərginlikdən əvvəl tutduğu mövqelərə qayıtmalı və atəşkəs rejiminə tam riayət edilməlidir.

Prezident Mişel (AB Şurasının Prezidenti Şarl Mişel – red.) hər iki ölkənin liderləri ilə əlaqə saxlayır və mən bu gün müvafiq xarici işlər nazirləri ilə danışıram. AB bütün xalqının mənafeyi naminə təhlükəsiz, firavan və sülh içində olan Cənubi Qafqazın ümumi məqsədinə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında vicdanlı vasitəçi kimi fəaliyyət göstərməyə davam etməyə sadiqdir.

AB-nin xüsusi nümayəndəsi Toyvo Klaar gərginliyi azaltmanı dəstəkləmək və Ermənistan və Azərbaycan liderləri arasında Brüssel dialoq prosesində növbəti addımları müzakirə etmək üçün təcili iki ölkəyə səfər edəcək”, – diplomatın bəyanatında qeyd olunub.