Gürcüstanın Dmanisi rayonunun Orozmani kəndində (Oruzman –azərb.) arxeoloqlar beynəlxalq eskpedisiya zamanı 1,8 milyon il bundan əvvəl yaşamış insanın alt çənə sümüyünə aid diş tapılıb.
xəbər verir ki, bu barədə “Formula” telekanalı məlumat yayıb.
Ekspedisiyanın rəhbəri Giorgi Bidzinaşvili bildirib ki, Dmanisi ilə yanaşı, dünyanın elmi xəritəsində yeni bir nöqtə – Orozmani meydana çıxıb.
“Bunlar bizim məşhur ilk avropalılar Zezva və Mzia ilə eyni yaşdadırlar, Kobud desək, biz onların əmisi oğlunun dişini Orozmanidən tapdıq, bu diş qədim Avrasiya hominidlərinin Gürcüstanda yayılması ideyasını tamamilə dəyişdirdi”, – Bidzinaşvili bildirib.
Onun sözlərinə görə, yeni kəşf Gürcüstan və Qafqazda elmi marağın canlanmasına səbəb olacaq. Üstəlik, ekspedisiya rəhbəri əmindir ki, çox yaxında Orozmani ən qədim Avrasiyalıların məskunlaşdığı yer kimi elmi kitablara daxil ediləcək.
Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb
Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...