Bolqarıstan Azərbaycanda fəxri konsulluq açacaq

59

Bolqarıstan Azərbaycanda fəxri konsulluq açacaq.

Elchi.az xəbər verir ki, bu barədə Bolqarıstan Baş naziri Kiril Petkov bildirib.

O deyib ki, Bakıda keçirdiyi görüşdə Azərbaycan qazının Bolqarıstana əlavə tədarükü imkanlarını və Azərbaycanın Bolqarıstanı bu istiqamətdə dəstəkləməyə siyasi hazırlığı müzakirə olunub.

Bolqarıstan Baş naziri enerji ilə yanaşı, iki ölkə arasında kənd təsərrüfatı, kimyəvi gübrələr, tikinti, müdafiə sənayesi və informasiya texnologiyaları sahələrində də birgə iqtisadi əməkdaşlıq imkanları olduğunu əlavə edib.

“Bolqarıstan tezliklə Azərbaycanda fəxri konsulluq açacaq. Ölkələrimiz arasında çoxillik dostluğun strateji iqtisadi layihələr və daha əhəmiyyətli enerji şaxələndirilməsi üçün əsl körpüyə çevrilməsinin vaxtı çatıb”, – o vurğulayıb.