“Bu şirkətlər-BNA və “BakuBus” yarananda, dövlət büdcəsi hesabına özəl sektorda rəqabəti öldürəndə niyə müraciət etmirdilər? Hərə qoltuğuna bir papka, planşet götürüb özəl sektorun üzərinə gedəndə bilmirdilər ki, vəziyyət “sovetcə” olacaq?”.
Elchi.az xəbər verir ki, bu barədə iqtisadçı Nazim Bəydəmirli FB hesabında bildirib:
“Bakıda fəaliyyət göstərən avtobus şirkətləri bu dəfə prezidentə müraciət ediblər. Şirkətlər xərclərin artdığını deyir və qiymətlərin qaldırılmasını istəyirlər. Bu dəfəki müraciətdə şirkətlərin adı yoxdur, amma keçən dəfəki müraciətdə var idi.
Şirkətlərin prezidentə müraciətində diqqət çəkən məsələ pandemiya dövründə dövlət büdcəsindən ayrılan yardımın onlara verilməməsidir.
İkinci diqqət çəkən məsələ şirkətlərin hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni “BakıKart”a ödəmələridir. Bu, kifayət qədər böyük faizdir.
Şirkətlər deyir ki, müracitələrinə baxan yoxdur.”
P.S. Dövlət özəl sektora icazə verilmiş sahələrdə iqtisadi fəaliyyətlə məşğul olmamalıdır, bunu birdəfəlik beyninizə həkk edin….Batıracaqsınız, çünki şəffaf idarəçilik olmayan yerdə, korrupsiya sxemləri işləyir və məmur sahibkarlığı inkişaf edir, yəni, vətəndaşın soyulması hesabına ayaqda qalmağa ümid edir. Bir gün də vətəndaşın, sahibkarın səbr kasası daşır və hələlik prezidentə müraciət edir. BNA və BakuBus ləğv edilməli, dövlət siyasəti hər hüquqi və fiziki şəxsə eyni gözlə baxmalıdır!”.
Şayəstə