Dünyadakı arsenallarda 13 minə yaxın nüvə silahı saxlanılır, lakin onlar “yer üzündən əbədi olaraq silinməlidir”.
Elchi.az xəbər verir ki, bunu Xirosimada keçirilən mərasimdə BMT-nin baş katibi Antonio Quterreş deyib.
“Ciddi nüvə çalarları olan böhran Yaxın Şərqdən Koreya yarımadasına, Rusiyanın Ukraynaya təcavüzünə qədər sürətlə yayılır. Bəşəriyyət dolu silahla oynayır”, – Quterreş xəbərdarlıq edib.
BMT-nin baş katibi vurğulayıb ki, ölkələr arasında yeni silahlanma yarışı vüsət alır, dünya liderləri yüz milyardlarla dollar dəyərində nüvə silahı ehtiyatlarını artırırlar.